Bank Of Baku

Xəzərin hüquqi statusuna dair Azərbaycan- Türkmənistan danışıqlarının növbətu raundu bu ilin sentyabrında Bakida keçiriləcək

Xəzərin hüquqi statusuna dair Azərbaycan- Türkmənistan danışıqlarının növbətu raundu bu ilin sentyabrında Bakida keçiriləcək
# 21 iyul 2007 10:48 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdən öncə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycan nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfovu qəbul edib. Görüşdə Azərbaycan-Türkmənistan münasibətlərinin əsas aspektləri geniş müzakirə edilib, bildirilib ki, iki ölkənin prezidentləri arasında aparılan dialoq, xüsusilə də Sankt-Peterburqda keçirilmiş görüş və danışıqlar, bu çərçivədə əldə olunmuş razılaşmalar ikitərəfli münasibətlərin fəallaşmasına güclü təkan verib. Görüşdə Azərbaycan-Türkmənistan əlaqələrinin fəal fazaya qədəm qoyduğunu bildirilib, yaxın zamanlarda, Türkmənistanın Bakıda səfirliyinin açılmasına əminlik ifadə olunub. Habelə qeyd edilib ki, ölkələrimiz arasında mövcud mədəni və humanitar əlaqələr bütövlükdə münasibətlərin hərtərəfli inkişafına xidmət edir.
Nümayəndə heyətləri arasında danışıqlar zamanı isə Xəzərin hüquqi statusa aid məsələlər müzakirə olunub, bölgü ilə bağlı aspektlər ətrafında geniş fikir mübadiləsi aparılıb, mövqelər tutuşdurulub. Dənizin hüquqi statusunun konkret elementlərinə dair müzakirələrin aparılması məqsədə müvafiq hesab olunub. Hər iki tərəf görüşün keçirilməsini müsbət qiymətləndirib, danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.
Növbəti görüşün bu ilin sentyabrında Bakıda keçirilməsi gözlənilir. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR