Bank Of Baku

Nizami Bəhmənov: “Heç vaxt separatçıların bayrağı altında oturmayacağıq”

Nizami Bəhmənov: “Heç vaxt separatçıların bayrağı altında oturmayacağıq”
# 21 iyul 2007 13:57 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Azərbaycan Milli Məclisinin Dağlıq Qarabağdan seçilmiş üzvü Elman Məmmədov və icma üzvləri də iştirak ediblər. N. Bəhmənov Dağlıq Qarabağ separatçılarının iyulun 19-da keçirdikləri “prezident seçkisi” ilə bağlı Aİ-nin bəyanatına görə təşəkkürünü bildirib: “İstər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təşkilatların bu üzdəniraq seçkilərlə bağlı bəyanatlarında indiyə qədər səslənməmiş ifadələr var. Ancaq təəssüf edirik ki, bu bəyanatlarda Ermənistanın işğalçı olduğu göstərilmir”. P. Semnebinin sentyabrda Dağlıq Qarabağa gözlənilən səfərinə toxunan N. Bəhmənov ona Azərbaycanın işğal olunmuş ərazilərinə işğal olunmamış ərazilərindən keçərək getməyi təklif edib: “Bu yaxınlarda Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri bu yolun təhlükəli olmadığını göstərdi”.
Öz növbəsində, Aİ-nin Dağlıq Qarabağ separatçılarının keçirdiyi “prezident seçkisi”ni tanımadığını bir daha vurğulayan P. Semnebi təmsil etdiyi qurumun ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bildirib. O, Dağlıq Qarabağa bu ilin iyununa planlaşdırılan səfərinin obyektiv səbəblərdən təxirə salındığını deyib: “Mən orada real vəziyyəti öyrənmək üçün özüm küçələrdən keçmək istəyirəm. Ziyalıların səfəri çox gözəl faktdır və davam etdirilməlidir”. P. Semnebinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü ilə bağlı sualına cavab olaraq N. Bəhmənov heç vaxt separatçıların bayrağı altında oturmayacaqlarını bəyan edib: “Dinc əhali ilə görüşməkdə heç bir problemimiz yoxdur. Bu görüş hər hansı erməninin və ya azərbaycanlının Şuşada dağıdılmış evində də keçirilə bilər”. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR