Bank Of Baku

Pənah Hüseyn: “Azadlıq” blokunun boykot təklifinə kifayət qədər ciddi yanaşıram”

Pənah Hüseyn: “Azadlıq” blokunun boykot təklifinə kifayət qədər ciddi yanaşıram”
# 23 iyul 2007 09:45 (UTC +04:00)
“2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanın müxalifət qüvvələri bu ilin avqust-sentyabr aylarında, ən uzağı oktyabra kimi bir araya gəlib bu seçkilərlə bağlı müzakirələr aparmalıdırlar”. Bunu APA-ya açıqlamasında “Müsavat” deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib. Prezident seçkiləri ilə bağlı məsələlərdə vahid mövqenin müəyyənləşməsi üçün siyasi qüvvələrin heç bir şərt qoymadan müzakirələrə başlamasını vacib sayan deputat bu prosesin mətbuatda müzakirə olunmasının əleyhinə olduğunu deyib: “Bu cür məsələlərdə ciddi siyasətçilərin mətbuat vasitəsi ilə dialoqunu doğru saymıram. Doğru odur ki, bu gün hansı mövqedə olmasından asılı olmayaraq, müxalifət düşərgəsindəki siyasi liderlər bir araya gəlməli və seçki məsələsində müzakirələr aparmalıdırlar. Yalnız bundan sonra seçkidə iştirak edib-etməmək məsələsində ümumi razılığa gəlmək mümkündür. Seçki komissiyaları və digər məsələlər də bu müzakirələrdə həll oluna bilər”. P. Hüseynin sözlərinə görə, bu seçkilərlə bağlı müzakirələrin mətbuat vasitəsi ilə aparılması ayrı-ayrı partiyalara, ümumilikdə isə müxalifətə ziyan vurur: “Mən “Azadlıq” blokunun boykot barədə irəli sürdüyü təklifə, əsaslara da kifayət qədər ciddi yanaşıram. Yəni onların təkliflərini birmənalı şəkildə rədd etmirəm. Bu da müzakirə olunmalıdır və ortaq mövqenin tapılması üçün bu tipli fərqli fikirlər və mövqelər müzakirə olunmalıdır”. P. Hüseyn danışıqların kifayət qədər tez başlamasının vacib olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR