Bank Of Baku

Nurəddin İsmayılov: “ADP-nin qarşısında duran əsas məqsəd müxalifətin ümumi birliyinin yaranmasıdır”

Nurəddin İsmayılov: “ADP-nin qarşısında duran əsas məqsəd müxalifətin ümumi birliyinin yaranmasıdır”
# 23 iyul 2007 09:48 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) müxalifət partiyaları arasında ikitərəfli əməkdaşlığın qurulmasının tərəfdarı deyil. Partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun APA-ya verdiyi məlumata görə, hazırda ADP-nin qarşısında duran əsas məqsəd müxalifətin ümumi birliyinin yaranmasıdır. Buna görə də digər partiyalarla ikitərəfli əməkdaşlıq etmək fikrində olmayan ADP rəhbərliyi 2008-ci il prezident seçkilərində müxalifətin vahid mövqedən çıxış etməsi məqsədi ilə yeni ittifaqın yaradılmasını vacib sayır: “Atılan bütün addımlarda 2008-ci il prezident seçkiləri və müxalifətin ümumi maraqları nəzərə alınır. Əsas vacib şərt milli maraqlardır. Hazırkı mərhələdə müxalifət partiyalarının yaranmış problemlərdən ayrı-ayrılıqda çıxması mümkün deyil. Ona görə də heç bir müxalifət qüvvəsi ayrılıqda fəaliyyətə üstünlük verməməlidir. Bu məsələdə istər müxalif, istərsə də hakim dairələrlə əməkdaşlığa ehtiyac var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR