Bank Of Baku

“Müsavat” deputat qrupu yenidən Gürcüstana səfər edəcək

“Müsavat” deputat qrupu yenidən Gürcüstana səfər edəcək
# 23 iyul 2007 09:48 (UTC +04:00)
“Müsavat” deputat qrupu payızda Gürcüstana yenidən səfər edəcək. Qrupdan APA-ya verilən məlumata görə, hələlik bununla bağlı yalnız ideya irəli sürülüb, hazırlıq isə parlamentin payız sessiyası başlayandan sonra olacaq. Qrupun bu səfəri həyata keçirməkdə əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlıların problemlərini öyrənmək və hər iki ölkənin Azərbaycan və Gürcüstan hakimiyyətlərinin diqqətinə çatdırmaqdır. Ötən səfərdən fərqli olaraq, bu dəfə nümayəndə heyətinə digər millət vəkillərinin də daxil olması nəzərdə tutulub. Qeyd edək ki, iyun ayında “Müsavat” deputat qrupu Gürcüstana səfər edib və burada yaşayan azərbaycanlılarla görüşlər keçirmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR