Bank Of Baku

Bakıda keçirilən qarşılıqlı teleyayıma dair işçi qrupların toplantısında ORT kanalının Dağlıq Qarabağdan hazırladığı reportajla bağlı məsələ müzakirə olunmayıb

Bakıda keçirilən qarşılıqlı teleyayıma dair işçi qrupların toplantısında ORT kanalının Dağlıq Qarabağdan hazırladığı reportajla bağlı məsələ müzakirə olunmayıb
# 23 iyul 2007 09:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov məlumat verib. Onun sözlərinə görə, ORT telekanalının atdığı bu addım hazırda Bakıda keçirilən danışıqların nəticələrinə təsir göstərməyəcək. Qeyd edək ki, ORT telekanalı Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejim tərəfindən keçirilən qondarma “prezident seçkiləri”nin gedişini işıqlandırıb və separatçı qurumu beynəlxalq hüququn müstəqil subyekti kimi qələmə verib. ORT telekanalının bu addımı Azərbaycanda narazılıqla qarşılanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR