Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclasına qədər ekspertlər səviyyəsində görüşlər olacaq

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclasına qədər ekspertlər səviyyəsində görüşlər olacaq
# 23 iyul 2007 10:40 (UTC +04:00)
“Sərhədlərin delimitasiyası üzrə Azərbaycanla Rusiya arasında bu ay aparılmış danışıqları nəticəsiz adlandırmaq düzgün olmaz”. Bu sözləri APA-ya açıqlamasında Rusiya xarici işlər nazirinin müavini, delimitasiya üzrə komissiyanın Rusiya tərəfdən sədri Aleksandr Yakovenko deyib. O bildirib ki, istənilən danışıqların nəticəsi olur: “Nəticə böyük və ya kiçik, gözlənilən və ya gözlənilməz ola bilər. Bu, o demək deyil ki, görüş nəticəsiz qalıb”. A. Yakovenko Mahaçqalada keçirilmiş sonuncu iclasda tərəflərin mövqelərinin aydınlaşdığını və hazırda yaxınlaşma prosesinin getdiyini söyləyib: “Belə məsələlər bir anda həll olunmur, zamana ehtiyac var”. A. Yakovenkonun sözlərinə görə, delimitasiya komissiyasının növbəti iclasının payızda Bakıda keçirilməsi planlaşdırılır, həmin vaxta qədər isə ekspertlər səviyyəsində bir neçə görüş olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR