Qənirə Paşayeva Rəcəb Tayyib Ərdoğanla görüşüb
23 iyul 2007 11:04 (UTC +04:00)
Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva növbədənkənar parlament seçkilərində böyük səslə qələbə qazanmış hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanla partiyanın qərargahında görüşüb və onu təbrik edib. Q. Paşayeva APA-ya bildirib ki, o, AKP partiya sədrinin müavini, ədliyyə naziri və İstanbulun bələdiyyə başqanı ilə görüş keçirib. Partiya təmsilçiləri bəyan ediblər ki, Azərbaycanla əməkdaşlığın inkişafına, iqtisadi-siyasi əlaqələrin genişlənməsinə həmişə önəm veriblər: “Yenidən təkbaşına hökumətik. Bu əlaqələrin genişləndirilməsi, birgə beynəlxalq layihələrin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək, Azərbaycanla əlaqələrin inkişafı xüsusi diqqət mərkəzində olacaq”.
Xatırladaq ki, Q. Paşayeva Avropa Şurası Parlament Assambleyasının müşahidəçilər missiyasının tərkibində Ankarada keçirilən seçkiləri izləyib. Missiyanın Azərbaycandan olan digər üzvləri Gültəkin Hacıyeva seçkiləri İstanbulda, Rafael Hüseynov isə Ankarada izləyiblər. /APA/

Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024