Bank Of Baku

Sabah AMİP qərargahında müxalifət liderlərinin növbəti görüşü keçiriləcək

Sabah AMİP qərargahında müxalifət liderlərinin növbəti görüşü keçiriləcək
# 23 iyul 2007 11:29 (UTC +04:00)
Sabah müxalifət partiyaları rəhbərlərinin Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında növbəti görüşü keçiriləcək. Bu barədə APA-ya AMİP sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bu toplantıda partiya liderləri ölkədəki sosial-iqtisadi vəziyyəti müzakirə edib müvafiq sənəd hazırlayacaqlar. İclasda bir müddət əvvəl alyans, indi isə müvəqqəti olaraq Məşvərət Məclisi adlandırılan birliyin fəaliyyəti ilə bağlı müzakirələrin aparılması da nəzərdə tutulub. A. Rüstəmov konkret hansı məsələnin müzakirə ediləcəyini açıqlamayıb və birliyin fəaliyyətinin onu qane etmədiyini deyib: “Çünki birliklə bağlı bir sıra məsələlərin dəqiqləşməsinə ehtiyac var. Amma bu məsələ kifayət qədər ləngiyir. Digər tərəfdən, mən rayonlarda yerli təşkilatları olar qurumların birlik yaratmasına tərəfdaram. Çünki seçkilər və digər tədbirlər zamanı əsas yük yerli strukturları olan partiyaların üzərinə düşəcək. Bu zaman yalnız rəhbərliyi olan partiyalar digərlərinin kölgəsində fəaliyyət göstərəcəklər”. Hazırkı formatda da yerli strukturları güclü olan partiyaların olduğunu deyən A. Rüstəmov yerli strukturu olmayan partiyalarla bağlı suala konkret cavab verməyib. O, ümumi razılığın olacağı halda ittifaqla bağlı müəyyən sənədlərin hazırlanıb qəbul ediləcəyini istisna etməyib. Qeyd edək ki, sözügedən birlikdə Müsavat, ADP, AMİP, ASDP, Tərəqqi Partiyası və Azərbaycan Naminə İctimai Forum təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR