Bank Of Baku

Prezident seçkiləri ərəfəsində Rəsul Quliyevin qayıdışı yenidən aktuallaşacaq

Prezident seçkiləri ərəfəsində Rəsul Quliyevin qayıdışı yenidən aktuallaşacaq
# 23 iyul 2007 13:36 (UTC +04:00)
Hazırda ABŞ-da yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Azərbaycana qayıdışı 2008-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində yenidən aktuallaşacaq və bu istiqamətdə cəhdlər olacaq. Bu barədə APA-ya ACP-nin sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, partiyanın təsis qurultayında qəbul olunmuş qərarlardan biri məhz R. Quliyevin ölkəyə qayıdışını təmin etməklə bağlıdır. Partiya sədri bunun cəmiyyət və R. Quliyevin özü tərəfindən də arzu edildiyini bildirib: “Budəfəki qayıdış cəhdi ilə bağlı planlarımız indiyə qədər olan layihələrdən tamam fərqlidir və biz hazırda həmin layihə üzərində düşünürük. Hesab edirik ki, hazırda düşündüyümüz yolla Rəsul Quliyevin Azərbaycana qayıdışı daha realdır”. A. Şahbazov bu dəfə hakimiyyətin eks-spikerin Azərbaycana qayıdışının qarşısını ala bilməyəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR