Bank Of Baku

AMİP payızda prezidentliyə namizədini müəyyənləşdirəcək

AMİP payızda prezidentliyə namizədini müəyyənləşdirəcək
# 23 iyul 2007 13:38 (UTC +04:00)
Prezident seçkilərinə qədər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbədənkənar qurultayı keçirilə bilər. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, AMİP prezident seçkilərində iştirak etmək niyyətində olan qurumdur və seçkilər ərəfəsi atılacaq addımların, partiyanın namizədinin müəyyənləşməsi üçün qurultay keçirməyə ehtiyac duyula bilər. Bununla yanaşı, A. Rüstəmov bildirib ki, Nizamnaməyə əsasən növbəti qurultayın vaxtı gələn ilə təsadüf etmir: “Biz bu ilin sentyabr-oktyabrında namizədimizi müəyyən etmək fikrindəyik. Ən azı seçkiyə bir il qalmış bu istiqamətdə işlərimizi planlaşdırıb, müvafiq addımlar atmalıyıq. Qurultay keçirilməsə, biz namizədimizi aşağı seçkili orqanlarda müəyyənləşdirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR