Bank Of Baku

ACP rəhbərliyi müxalifət partiyaları ilə ikitərəfli əməkdaşlıq etmək fikrini dəyişib

ACP rəhbərliyi müxalifət partiyaları ilə ikitərəfli əməkdaşlıq etmək fikrini dəyişib
# 23 iyul 2007 14:05 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) bəzi müxalifət partiyaları ilə ikitərəfli əməkdaşlıq etməklə bağlı apardığı danışıqları yarımçıq dayandırıb. Partiyanın sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, buna səbəb ACP-nin milli forumlarla bağlı qəbul etdiyi qərardır. Partiya sədri indiki mərhələdə müxalifətin problemlərinin bloklaşma, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, vahid namizədlə həll olunacağına inanmadığını bildirib və çıxış yolunu yalnız ümumi fəaliyyətin Milli Forum çərçivəsində davam etdirilməsində gördüyünü qeyd edib: “Biz bir sıra partiyalarla əməkdaşlıq sazişinin imzalanması barədə razılığa gəlmişdik. Amma sonradan qərarımız dəyişdi və ikitərəfli əməkdaşlıq məsələsi gündəmdən çıxarıldı. Artıq birinci Milli Forum keçirilib, ikincinin keçirilməsinə çalışırıq. Müxalifət bu forumlarda atılacaq addımları müəyyənləşdirməli və burada qəbul olunan qərarları icra etməlidir”. A. Şahbazov forumların ayda bir dəfə keçirilməsinin nəzərdə tutulduğunu, lakin son iki ay müddətində heç bir müxalifət partiyasının bu forumun təşkilatçılığını öz üzərinə götürməməsi üzündən toplantının baş tutmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR