Bank Of Baku

Novruz Məmmədov: “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə salındığı tam təsdiqlənəndən sonra müzakirələrdə iştirak edəcək şəxs təyin ediləcək”

Novruz Məmmədov: “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə salındığı tam təsdiqlənəndən sonra müzakirələrdə iştirak edəcək şəxs təyin ediləcək”
# 23 iyul 2007 16:29 (UTC +04:00)
“BMT Baş Assambleyasının 62-ci sessiyasında müzakirə olunacaq məsələlər sırasında Ermənistan-Azərbaycan münaqişəsi də var”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədov Azərbaycanın bu istiqamətdə çalışdığını bildirib: “Bu məsələnin iki dəfə gündəliyə salınmasına nail olmuşuq. Gündəlikdəki məsələlər bir müddət açıq qalıb. Məsələ BMT Baş Assambleyasının gündəliyində tam təsdiq olunandan sonra Xarici İşlər Nazirliyi öz tövsiyələrini verəcək və prezident müzakirələrin aparılmasında iştirak edəcək şəxsin təyin edilməsi barədə qərar çıxaracaq”. N. Məmmədov qeyd edib ki, GUAM ölkələrindəki dondurulmuş münaqişələrin müzakirəsi ilə bağlı GUAM-a üzv olan dövlətlər arasında müzakirələr aparıla bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR