Bank Of Baku

BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı rəsmi Bakıya hər hansı təklif daxil olmayıb

BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı rəsmi Bakıya hər hansı təklif daxil olmayıb
# 23 iyul 2007 16:41 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir deyib ki, prezidentlərin görüşməsi ilə bağlı Azərbaycan tərəfinə hər hansı təklif daxil olmayıb. İki ölkənin xarici işlər nazirlərin görüşünə gəlincə, E. Məmmədyarov bu barədə də konkret təklif olmadığını bildirib. Onun sözlərinə görə ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyana görüşündən sonra xarici işlər nazirlərinin görüşməsini məqsədəuyğun saydıqlarını bildirsələr də, həmsədrlər tərəfindən hələlik rəsmi müraciət daxil olmayıb. BMT Baş Assambleyasında Azərbaycanın hansı səviyyədə təmsil olunacağına gəlincə, E. Məmmədyarov bununla bağlı müzakirələrin aparıldığını, hələlik yekun qərarın qəbul edilmədiyini bildirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR