Bank Of Baku

VİP-in Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb

VİP-in Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb
# 24 iyul 2007 09:11 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Ədliyyə Nazirliyi ilə bağlı Yasamal Rayon Məhkəməsində qaldırdığı iddia ilə bağlı bu gün məhkəmə prosesi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə keçirilən iclasa cavabdeh tərəf olan ƏN-in nümayəndəsi qatılmayıb. Hakim əvvəlcədən nazirliyin Notariat və Qeydiyyat İdarəsinə xəbərdarlığın göndərildiyini, lakin dövlət qurumunun məhkəməyə nümayəndə göndərmədiyini qeyd edib. Məhkəmə prosesinin avqustun 2-də davam etdirilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR