Bank Of Baku

Azərbaycanla Rusiya arasında qarşılıqlı teleyayıma dair saziş mətnini hazırlayan işçi qrupların növbəti görüşü Moskvada keçiriləcək

Azərbaycanla Rusiya arasında qarşılıqlı teleyayıma dair saziş mətnini hazırlayan işçi qrupların növbəti görüşü Moskvada keçiriləcək
# 24 iyul 2007 09:35 (UTC +04:00)
Bu barədə APA-ya işçi qrupun üzvü Qafar Cəbiyev məlumat verib. Moskvada keçiriləcək görüşdə texniki müqavilənin mətni müzakirə ediləcək. Q. Cəbiyev bildirib ki, Rusiya tərəfə texniki müqavilənin Azərbaycan variantı təqdim edilib. Onlar bu variant üzərində müzakirə aparacaqlar. Yekun qərar isə işçi qrupların MOskva görüşündə veriləcək. Qeyd edək ki, işçi qruplarının Bakıda dünən keçirdiyi görüşdə saziş layihəsi üzərində iş tam başa çatdırılıb. Sazişdə RTR telekanalının Azərbaycanda yayımı ilə AzTV kanalını Rusiyada yayımının paritet əsasda aparılması müddəası öz əksini tapıb. Bundan başqa, saziş layihəsində tərəflər müəyyən öhdəliklər də götürüblər. Bu öhdəliklər televiziyaların yayımlandığı ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, milli mənafeyinə zidd proqramların efirə getməsinin qarşısının alınması üçün tədbirlər görülməsini nəzərdə tutur. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR