Bank Of Baku

Əvəz Temirxan: “Müsavatın və Pənah Hüseynin addımlarının müxalifət üçün zərərli olduğunu istənilən şəraitdə sübut edə bilərəm”

Əvəz Temirxan: “Müsavatın və Pənah Hüseynin addımlarının müxalifət üçün zərərli olduğunu istənilən şəraitdə sübut edə bilərəm”
# 24 iyul 2007 09:38 (UTC +04:00)
“Mən səsləndirdiyim fikirlərlə Pənah Hüseyni şantaj etmirəm. O, haqlı sözləri şantaj kimi qəbul edir. Yenə də bildirirəm ki, onun bu gün tutduğu mövqe iqtidara sərf edir, müxalifətə isə heç bir xeyri yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan deyib. Ə. Temirxan hesab edir ki, P. Hüseynin mövqeyinin ziyanlı olmasından hər kəs xəbər tutmalıdır: “Müxalifətin pərakəndə olduğunu nümayiş etdirməmək üçün həqiqətən müxalifətdə olan qurumların seçki komissiyaları ilə bağlı vahid mövqedən çıxış etməsi həyati əhəmiyyətli məsələdir. Bunun üçün birinci addımı Müsavat ataraq parlamentə təqdim etdiyi təkliflər paketini geri götürməlidir. Biz bunu ultimatum qaydasında demirik, xoşməramlı təklif kimi səsləndiririk. Bu, şərt də deyil. Sadəcə, bildiririk ki, yalnız bu addımdan sonra rahat şəkildə bir araya gəlib müzakirə aparmaq olar”. Ə. Temirxan Müsavat Partiyasının və P. Hüseynin addımlarının müxalifət üçün zərərli olduğunu istənilən şəraitdə sübut edə biləcəyini də vurğulayıb: “Buna hazırdırlarsa, belə bir müzakirə təşkil edib bütün KİV orqanları qarşısında onların mövqeyinin zərərli olduğunu sübut edə bilərəm. Gəlsinlər, haqlı olduqlarını sübut etsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR