Bank Of Baku

Almaniya parlamentinin üzvləri oktyabrda Azərbaycana səfər edəcəklər

Almaniya parlamentinin üzvləri oktyabrda Azərbaycana səfər edəcəklər
# 24 iyul 2007 10:20 (UTC +04:00)
Oktyabrın sonlarında Almaniya Bundestaqının Qafqaz ölkələri ilə dostluq qrupunun üzvü olan millət vəkilləri Bakıya səfər edəcəklər. Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankinanın APA-ya verdiyi məlumata görə, səfərin təxminən oktyabrın 22-24-də gerçəkləşməsi nəzərdə tutulur. Deputat qrupunun Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun müşayiət edəcəyi gözlənilir. Səfir deputatları Azərbaycanın gəzməli-görməli yerləri ilə tanış edəcək, daha sonra millət vəkilləri Azərbaycan parlamentində bir sıra görüşlər keçirəcəklər. Bundestaq üzvlərinin Azərbaycandan sonra Gürcüstan və Ermənistana da səfərləri nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR