Bank Of Baku

Hacıağa Huri: “Ailəmdəki faciədən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmağım qeyri-mümkün idi”

Hacıağa Huri: “Ailəmdəki faciədən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmağım qeyri-mümkün idi”
# 24 iyul 2007 10:37 (UTC +04:00)
“Qızımın vəfat etməsi və ailə üzvlərimdən birinin ağır xəstəliyi siyasətdən uzaqlaşmağıma səbəb oldu. Bu faciədən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmağım, daha doğrusu, partiyaya sədrlik etməyim qeyri-mümkün idi”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Hacıağa Nuri deyib. O, qurultayda mövqeyini açıqlayarkən etirazla qarşılaşdığını xatırladıb: “Bu addımı atmazdan əvvəl dəfələrlə götür-qoy etdim. Başqa cür hərəkət edə bilməzdim. Elə olur ki, hər gün xəstə olan ailə üzvümü şəhərə həkimə gətirmək məcburiyyətində qalıram. Qurultayda vəziyyəti anlatdım və nə qədər ağır olsa da, sədrliyə namizədlikdən imtina etdim”. H. Nuri siyasətdən tam uzaqlaşmadığını da diqqətə çatdırıb: “Vəziyyətin nə qədər belə davam edəcəyini bilmirəm. Hesab edirəm ki, iki il aktiv siyasətdən kənarda qalacağam. Qurultayda da bunu açıqladım. Mən yalnız partiyanın fəaliyyətində fəal iştirak edə bilməyəcəyəm. Amma bir ağsaqqal və ya partiya işini bilən təcrübəli şəxs kimi İslam Partiyasına dəstək verməyə həmişə hazır olduğumu demişəm. Mənə bir qədər vaxt lazımdır ki, yaranan gərginlikdən çıxa bilim”. H. Nuri sədrlikdən getməsinin təşkilatda parçalanma yaratmayacağına əminliyini də vurğulayıb: “Yeni seçilən sədr Mövsüm Səmədov perspektivli şəxsdir və qurultayda partiya üzvlərindən ona yardım etmələrini xahiş etdim”.
Qeyd edək ki, AİP-in keçmiş sədri Hacıağa Nuri partiyanın iyulun 15-də keçirilən VI qurultayında sədr vəzifəsinə namizədliyini verməkdən imtina edib və bir müddət siyasətlə məşğul olmayacağını açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR