Bank Of Baku

YAP Gənclər Birliyi Qubadakı kütləvi məzarlığa yürüş edib

YAP Gənclər Birliyi Qubadakı kütləvi məzarlığa yürüş edib
# 24 iyul 2007 11:20 (UTC +04:00)
İyulun 24-də YAP Gənclər Birliyinin 350 nəfərədək üzvü Qubadakı kütləvi məzarlığa yürüş edib. APA-nın şimal bürosunun məlumatına görə, Bakıdan gələn aksiyaçılara şimal bölgəsinin gəncləri də qoşulublar. Kütləvi məzarlığı ziyarət zamanı onlar burada təhqiqat aparan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupunun üzvləri ilə görüşüb, görülən işlərlə maraqlanıblar. Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik hisslərini gücləndirmək, erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi soyqırımla onları əyani tanış etməkdir. YAP Gənclər Birliyi sentyabr ayında Bakıda təhsil alan xarici tələbələrin iştirakı ilə kütləvi məzarlığa daha bir yürüş təşkil etməyi planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR