Bank Of Baku

Müxalifətin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib

Müxalifətin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib
# 24 iyul 2007 15:02 (UTC +04:00)
AMİP qərargahında müxalifət partiyalarının yaratdıqları Məşvərət Məclisinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, iclasda müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, toplantıda ölkədəki sosial-iqtisadi vəziyyət müzakirə olunub. Tərəflər müzakirələri davam etdirərək növbəti prezident seçkilərinə kimi ölkədəki bütün sahələrdə real vəziyyəti aydınlaşdırıb, buna uyğun addımlar müəyyənləşdirmək fikrindədir: “Bütün sahələrdə vəziyyətin iqtidarın, yoxsa müxalifətin xeyrinə olduğunu müəyyən etmək istəyirik. Bu müəyyənləşmədən sonra seçkilərlə bağlı konkret qərarlar qəbul olunacaq ki, seçki boykot olunsun, yoxsa birgə iştirak edilsin? Seçkilərə vahid namizədlə qatılaq, yoxsa başqa variant seçilsin?” S. Cəlaloğlu bildirib ki, qurum üzvləri “Beynəlxalq təşkilatlar və Azərbaycan” mövzusunda da müzakirələr aparmaq fikrindədir. Burada məqsəd beynəlxalq qurumların Azərbaycanda demokratiyanın bərqərar olunmasında rolu müəyyənləşməsidir. S. Cəlaloğlu iclasda qurumun fəaliyyəti ilə bağlı müzakirələrin aparıldığını və bunun rəsmi olaraq formalaşması məsələsində tələsməmək qərarının verildiyini bildirib: “Çünki az sonra seçki prosesi başlayacaq və o zaman ittifaqlara yenidən baxmaq məsələsi gündəmə gələcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR