Bank Of Baku

Araz Əlizadə: “Ayaz Mütəllibov pasportu olmadığı üçün Azərbaycana gələ bilmir”

Araz Əlizadə: “Ayaz Mütəllibov pasportu olmadığı üçün Azərbaycana gələ bilmir”
# 24 iyul 2007 15:20 (UTC +04:00)
“Azərbaycandakı siyasi vəziyyəti yalnız xalqın iradəsi ilə dəyişmək mümkündür. Xaricdə yaşayan hər hansı şəxsin ölkəyə gəlib-gəlməməsi siyasi vəziyyəti dəyişə bilməz”. APA-nın məlumatına görə, bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib. Prezident seçkiləri ərəfəsində eks-spiker Rəsul Quliyev kimi ASDP-nin digər həmsədri, eks-prezident Ayaz Mütəllibovun da Azərbaycana qayıtmağa cəhd edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran A. Əlizadə bu iki şəxsi eyniləşdirməyin tərəfdarı olmadığını bildirib: “Çünki Mütəllibov Azərbaycanın ilk rəsmi prezidentidir. Digər tərəfdən, Rəsul Quliyevlə bağlı irəli sürülən ittihamlar iqtisadi cinayətlərlə bağlıdır. Mütəllibova qarşı irəli sürülən cinayət işləri birinci ittihamdan başlayaraq axırıncıya kimi hamısı qondarmadır. Başqa məsələyə gəldikdə, Rəsul Quliyevin pasportu var, gəlmək istəyirsə, buyurub Azərbaycana gəlsin. Mütəllibovun isə pasportu yoxdur. O, Azərbaycana yalnız pasportla gələ bilər. Qaçaq yolla, paraşütlə gələ bilməz. Mütəllibov pasportu olmadığı üçün Azərbaycana gələ bilmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR