Bank Of Baku

Avqustun 7-də III Qarabağ Forumu keçiriləcək

Avqustun 7-də III Qarabağ Forumu keçiriləcək
# 24 iyul 2007 15:25 (UTC +04:00)
Avqustun 7-də Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə III Qarabağ Forumu keçiriləcək. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, toplantıda Dağlıq Qarabağ probleminin yaranma səbəbləri, həlli yolları və bu məsələ ilə bağlı siyasi dairələrin əməkdaşlıq imkanları müzakirə olunacaq. Foruma siyasi partiya liderləri, ictimai təşkilatların nümayəndələri, Qarabağ müharibəsinin iştirakçıları, Milli Məclisin deputatları dəvət ediləcək.
Qeyd edək ki, Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə I Qarabağ Forumu mayın 24-də, II Qarabağ Forumu isə iyunun 11-də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR