Bank Of Baku

Gələn il ASDP-nin növbəti qurultayı keçiriləcək

Gələn il ASDP-nin növbəti qurultayı keçiriləcək
# 24 iyul 2007 16:04 (UTC +04:00)
2008-ci ildə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) növbəti qurultayı keçiriləcək. APA-nın məlumatına görə, bu barədə partiyanın həmsədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, ASDP-nin Nizamnaməsinə uyğun olaraq qurultay 5 ildən bir keçirilir və ali toplantının gələn il keçirilməsi Nizamnamə tələbidir. A. Əlizadə qurultayda partiya strukturlarının formalaşması ilə bərabər, növbəti prezident seçkiləri ilə bağlı müzakirələr aparılacaq və namizəd də qurultayda müəyyənləşəcək: “Ayaz Mütəllibov bildirib ki, Azərbaycana gələ bilməyəcəyi halda, prezident seçkilərinə qatılmayacaq. Çünki o, parlament seçkilərində iştirak etdi və biz gördük ki, özü burada olsaydı, ayrı effekti olacaqdı, seçkiləri saxtalaşdıra bilməyəcəkdilər. Hələlik bizim namizəd yoxdur. Namizədi qurultay müəyyən edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR