Bank Of Baku

Ədliyyə Nazirliyi ADP-nin sonuncu qurultayında Nizamnaməyə etdiyi dəyişiklikləri hələlik qeydə almayıb

Ədliyyə Nazirliyi ADP-nin sonuncu qurultayında Nizamnaməyə etdiyi dəyişiklikləri hələlik qeydə almayıb
# 24 iyul 2007 16:04 (UTC +04:00)
Ədliyyə Nazirliyi Azərbaycan Demokrat Partiyasının (ADP) sonuncu qurultayında Nizamnaməyə etdiyi dəyişiklikləri hələlik qeydə almayıb. Bu barədə APA-ya partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, qanunda qurultayda qəbul olunmuş dəyişikliklərlə bağlı edilmiş müraciətə nazirliyin 15 gün müddətində cavab verilməsi nəzərdə tutulub: “Bu dəyişikliklərin qeydə alınmaması nazirliyin problemidir. Bu, ölkədə hüquqi nihilizmin olduğunu bir daha göstərir. Dəyişiklikləri qeydə almaq nazirliyin vəzifəsidir və bunu həyata keçirmirlərsə, deməli, öz vəzifələrini yerinə yetirmirlər. Amma onların bizə cavab verməməsi partiyanın fəaliyyətinə heç bir problem yaratmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR