Bank Of Baku

Azərbaycan səfirliyinin tələbi ilə ölkəmizin xəritəsini təhrif edən reklam roliki Rusiya telekanallarının efirindən çıxarılıb

Azərbaycan səfirliyinin tələbi ilə ölkəmizin xəritəsini təhrif edən reklam roliki Rusiya telekanallarının efirindən çıxarılıb
# 24 iyul 2007 16:53 (UTC +04:00)
APA-nın “AzərTAC” Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, bir sıra Rusiya telekanallarının yayımladığı mobil əlaqə operatoru “Meqafon” ASC-nin reklam çarxında MDB ölkələrinə zənglər barədə məlumatı reklam edərkən coğrafi xəritədə Azərbaycanın ərazisi Ermənistanın ərazisi kimi təqdim olunub. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakı şəhəri göstərilmədiyi halda, “Ermənistan” adı altında təqdim olunan məkanda nəinki onun müasir paytaxtı, həm də orta əsrlərə aid Armavir şəhəri də xəritəyə salınıb. Azərbaycan səfirliyi reklamda yol verilən təhrifi aradan qaldırmaq tələbi ilə “Meqafon” ASC-nin rəhbərliyinə rəsmən müraciət edib. Səhmdar cəmiyyətinin rəhbərliyi Azərbaycan diplomatik nümayəndəliyinin müraciətinə operativ münasibət bildirib və iyulun 18-dən reklam çarxının televiziya ilə nümayişi tamamilə dayandırılıb. “Meqafon” ASC cavab məktubunda reklam çarxında modelləşdirilən coğrafi xəritədə yol verilmiş təhrifə görə təəssüfləndiyini bildirib və müraciətə görə səfirliyə təşəkkür edib. Məktubda qeyd olunub ki, bu hal xoşagəlməz anlaşılmazlıqdır və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri barədə faktiki məlumatın bilərəkdən təhrif olunması xarakteri daşımır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR