Bank Of Baku

Kiyevdə GUAM ölkələri sərhəd idarələri ekspertlərinin seminarı keçirilir

Kiyevdə GUAM ölkələri sərhəd idarələri ekspertlərinin seminarı keçirilir
# 25 iyul 2007 08:13 (UTC +04:00)
Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM ölkələri sərhəd idarələri ekspertlərinin risklərin təhlili və informasiya mübadiləsi mövzusunda seminarı keçirilir. APA-nın məlumatına görə, bu gün yekunlaşacaq seminarda GUAM ölkələri sərhəd xidmətlərinin əməkdaşlığı, risklərin təhlili metodikası, statistik iş üsullarının təhlili, risklərin idarəetmə sisteminin təhlili və kriminal təhlil məsələləri müzakirə edilir, təcrübə mübadiləsi aparılır. Seminarın işində GUAM ölkələrinin sərhəd xidmətlərinin ekspertləri ilə yanaşı, ABŞ və Polşanın Ukraynadakı səfirliklərinin, Avropa Komissiyası missiyasının və Beynəlxalq Miqrasiya Təşkilatı nümayəndəliyinin təmsilçiləri də iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR