Bank Of Baku

Yeni Zaman Partiyası müxalifət düşərgəsində olan heç bir partiya ilə əməkdaşlıq etməyəcək

Yeni Zaman Partiyası müxalifət düşərgəsində olan heç bir partiya ilə əməkdaşlıq etməyəcək
# 25 iyul 2007 13:53 (UTC +04:00)
“Yeni Zaman Partiyasının müxalifət düşərgəsində olan heç bir partiya ilə əməkdaşlıq etmək və hər hansı blokda təmsil olunmaq niyyəti yoxdur”. Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev APA-ya bildirib ki, bu gün müxalifət düşərgəsində fəaliyyət göstərən blokların perspektivi olmadığından, YZP-nin bu birliklərdə təmsil olunması məqsədəuyğun hesab olunmayıb. O, blokların fəaliyyətində olan çatışmazlıqlardan da danışıb: “Bu gün fəaliyyətdə olan siyasi blokların heç biri öz istəyinə çata bilməyib. Belə birliklərdə təmsil olunmaq da qənaətbəxş deyil. Əgər nə zamansa ölkədə partiyanın maraqlarına uyğun bir siyasi birlik yaranarsa, burada təmsil oluna bilərik. Hələlik isə bizim kriteriyalarla ayaqlaşan blok yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR