Bank Of Baku

Əhməd Oruc: “Demokratiya Uğrunda İttifaqın sıralarının genişləndirilməsi məqsədəuyğun hesab edilməyib”

Əhməd Oruc: “Demokratiya Uğrunda İttifaqın sıralarının genişləndirilməsi məqsədəuyğun hesab edilməyib”
# 25 iyul 2007 13:53 (UTC +04:00)
“Demokratiya Uğrunda İttifaqın sıralarının genişləndirilməsi məqsədəuyğun hesab edilmədiyindən, bununla bağlı məsələnin müzakirəsi müvəqqəti olaraq təxirə salınıb”. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, bu qərarın verilməsinə səbəb müxalifət düşərgəsində təmsil olunan partiyaların Demokratiya Uğrunda İttifaqın (DUİ) genişlənməsinə qısqanclıqla yanaşması olub. O, DUİ-nin parçalanması istiqamətində bəzi partiyaların fəal iş apardığını da deyib: “Müxalifətdə olan bir neçə partiyanı prezident seçkisi qabağı siyasi bazarlığa başlayıb. Onlar növbəti dəfə cəmiyyəti aldatmağa çalışırlar. Qərbdən və beynəlxalq donor təşkilatlardan maliyyə dəstəyi alan bu dörd partiya müxalifətdə olan bütün siyasi birliklərin parçalanması üçün cəhdlərini davam etdirməkdədirlər. Məqsəd maliyyə qaynaqlarını əldən verməməkdir”. Ə. Oruc bu partiyaları milli maraqlara zidd fəaliyyətdə ittiham edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR