Bank Of Baku

Robin Sivord: “Silahlı Qüvvələr üzərində mülki nəzarətin qurulması məsələsində Azərbaycanı hərtərəfli dəstəkləyirik”

Robin Sivord: “Silahlı Qüvvələr üzərində mülki nəzarətin qurulması məsələsində Azərbaycanı hərtərəfli dəstəkləyirik”
# 25 iyul 2007 13:54 (UTC +04:00)
“Silahlı Qüvvələr üzərində demokratik nəzarətin təmin olunması ilə bağlı konfransın keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır”. Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivord deyib. O bildirib ki, avqustun 2-3-də Bakıda keçiriləcək konfransda Prezidentin İcra Aparatının, parlamentin, Müdafiə, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və ATƏT-in nümayəndələri iştirak edəcəklər: “Bu konfransda məqsəd Silahlı Qüvvələr üzərində mülki nəzarətin qurulması məsələsində Azərbaycana yardımçı olmaqdır. Biz bu məsələdə Azərbaycanı hərtərəfli dəstəkləyirik”. R. Sivordun sözlərinə görə, çox vacib məsələlər müzakirə olunacağı üçün konfrans qapalı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR