Bank Of Baku

BQP bu ilin payızından prezident seçkilərinə hazırlıqlara başlayacaq

BQP bu ilin payızından prezident seçkilərinə hazırlıqlara başlayacaq
# 25 iyul 2007 13:54 (UTC +04:00)
Böyük Quruluş Partiyası (BQP) bu ilin payızından 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlara başlayacaq. Partiyanın sədri Fazil Qəzənfəroğlu APA-ya bildirib ki, BQP-nin qurultayı prezident seçkilərində öz namizədi ilə iştirak etmək barədə qərar qəbul edib. Buna görə də o, partiyasının bu seçkilərə qatılacağını bildirib: “Biz bu seçkilərdə çox fərqli kampaniya aparmağı düşünürük. Çünki bizim böyük insan qüvvəmiz yoxdur. Buna görə də yalnız fərqli kampaniya aparmaqla dəstək qazanmağı qarşımıza məqsəd qoymuşuq”. Həyata keçiriləcək kampaniyanın forması barədə əvvəlcədən danışmaq istəməyən F. Qəzənfəroğlu ənənəvi taktikalardan istifadə olunmayacağını da qeyd edib: “Azərbaycanda prezidentliyə namizəd olan şəxs öz ətrafında blok formalaşdırmağa çalışır. Amma biz belə bir birliyin yaranması üçün hər hansı danışıqlar aparmaq fikrində deyilik. Çünki blok yaranan zaman namizəd istər-istəməz həmin blokda olanlardan asılı olur. Biz belə asılılıq şəraitində seçkilərə getmək istəmirik”. F. Qəzənfəroğlu payızda rayon təşkilatlarında toplantıların keçiriləcəyini, atılacaq addımların müəyyənləşəcəyini bildirib. O, seçkiləri müşahidə məsələsində xüsusi fəallıq göstərəcəklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR