Fuad Mustafayev: “Müsavatın Seçki Məcəlləsi ilə bağlı təkliflərinin hamısı hakimiyyətin xeyrinə işləyir”
25 iyul 2007 13:54 (UTC +04:00)
“Müsavatın parlamentə təqdim etdiyi Seçki Məcəlləsi ilə bağlı təkliflərin geri götürülməsi ideyası hər hansı qərəzdən yox, cəmiyyətin maraqları baxımından irəli sürülüb. Əgər həmin partiyanın rəhbərliyi və ona yaxın şəxslər bunu şantaj kimi qəbul edirlərsə, bu, onların öz şəxsi fikirləridir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayev bildirib. O, Müsavatın təkliflərinin “Azadlıq” blokunun təklifləri ilə üst-üstə düşməsi barədə fikirlərin də doğru olmadığını bildirib. Müsavatın parlamentə təqdim etdiyi qanun layihəsində 9 təklifin irəli sürüldüyünü deyən sədr müavini onlardan yalnız birinin “Azadlıq” blokunun təklifi ilə üst-üstə düşdüyünü qeyd edib: “Bu da seçki komissiyalarının paritet əsaslarla yaradılması ilə bağlı olan təklifdir. Burada 2005-ci il parlament seçkilərinin nəticələrinin əsas götürülməsi təklif edilib. Təklifə görə, komissiyalar YAP, AXCP, ALP, Müsavat və ADP arasında formalaşdırılır. Amma digər təkliflərin hamısı hakimiyyətin xeyrinə işləyir. O cümlədən komissiyaların hakimiyyət və Müsavat arasında formalaşdırılması, müxalifət kimi öz qurultayında müxalifətdə olduğunu bəyan edən partiyaların qəbul olunması təklifləri müxalifətin ziyanınadır. Buna görə Müsavatın təklifləri komissiyaların hakimiyyətin nəzarətində qalmasına imkan yaradır”. F. Mustafayev bildirib ki, vaxtilə “Azadlıq” bloku Seçki Məcəlləsi məsələsində vahid mövqedən çıxış etmək üçün Müsavata müraciət edib. Amma qarşı tərəf bununla razılaşmayıb və bu müraciətdən dərhal sonra öz variantını parlamentə təqdim edib. /APA/
Daxili siyasət
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovu təbrik edib
09:41
31 avqust 2024
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
11:32
30 avqust 2024