Bank Of Baku

AXCP-nin qurultayı gələn ilə qala bilər

AXCP-nin qurultayı gələn ilə qala bilər
# 25 iyul 2007 13:55 (UTC +04:00)
“Qurultay hazırlıqlarını tədbirlər planına uyğun həyata keçirmək mümkün olsa, o zaman AXCP-nin qurultayı bu ilin sonuna kimi baş tutacaq”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Mustafayev deyib. O bildirib ki, yerli təşkilatların hazırlıqlarına icra hakimiyyətləri, hüquq-mühafizə orqanları problem yaratdığı üçün bir sıra tədbirlərin həyata keçirilməsi gecikir. Buna görə də o, qurultayın 2008-ci ilin əvvəlində keçiriləcəyini istisna etməyib. F. Mustafayev AXCP-nin dayaq dəstələrində konfranslara hazırlıq işinin sentyabra kimi davam edəcəyini söyləyib. Payızda isə konfranslar keçiriləcək, qurultay nümayəndələri seçiləcək və yalnız bundan sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi ali toplantının vaxtını müəyyənləşdirəcək: “Hazırda qurultaya hazırlıq prosesi hakimiyyət orqanlarının təzyiqləri altında gedir. Bəzi rayon təşkilatları toplantılar keçirmək üçün yerlə təmin olunmur. Digər tərəfdən, Azərbaycanın bütün rayonlarda və yaşayış məntəqələrində AXCP-nin yerli təşkilatları var. Bu da prosesin kifayət qədər ağır getməsinə səbəb olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR