Əli Əliyev: “Siyasi məqsədləri “Azadlıq” bloku ilə üst-üstə düşən partiyalarla əməkdaşlığı mümkün sayırıq”

Əli Əliyev: “Siyasi məqsədləri “Azadlıq” bloku ilə üst-üstə düşən partiyalarla əməkdaşlığı mümkün sayırıq”
# 25 iyul 2007 13:55 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurası siyasi məqsədləri blokla üst-üstə düşən partiyalarla əməkdaşlığı mümkün sayır. Bu barədə APA-ya məlumat verən blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin sözlərinə görə, qurumun dünən keçirilən iclasında bu məsələyə də diqqət yetirilib: “Siyasi mövqeyi bizimlə üst-üstə düşən partiyalar əməkdaşlıqla bağlı müraciət edəcəklərsə, bu, müzakirə olunacaq. Biz belə təşəbbüslərin və ümumilikdə müxalifətin fəaliyyətinin əlaqələndirilməsinin lazımlı olduğunu düşünürük”. Ə. Əliyev deyib ki, Sədrlər Şurasının iclasında həmçinin Türkiyədə keçirilən parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Müxalifət təmsilçiləri bu seçkilərin Azərbaycana mümkün təsirlərinə diqqət yetirib, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı çıxarılacaq nəticələr müzakirə olunub. İclasda həmçinin blokun yerli strukturlarının fəaliyyəti, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR