Bank Of Baku

Avropa Birliyi-GUAM əməkdaşlığının perspektivləri müzakirə olunub

Avropa Birliyi-GUAM əməkdaşlığının perspektivləri müzakirə olunub
# 25 iyul 2007 15:27 (UTC +04:00)
Bu gün Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat GUAM-ın baş katibi Valeri Çeçelaşvili Portuqaliyanın Ukraynadakı səfiri Joze Manuel Pesanya Vieqaş ilə görüşüb. APA-nın məlumatına görə, V. Çeçelaşvili səfirə GUAM-ın Bakı sammitinin nəticələri, Azərbaycanın sədrliyi dövründə təşkilatın prioritetləri, məqsəd və vəzifələri barədə məlumat verib. Tərəflər Portuqaliyanın Avropa Birliyinə sədrliyi müddətində AB ilə GUAM arasında əlaqələrin inkişafını müzakirə ediblər.
Qeyd edək ki, bu ilin oktyabr ayında Brüsseldə “GUAM Milli Koordinatorlar Şurası-Avropa Birliyi” adlı ilk görüş keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR