Bank Of Baku

Culfa, Şahbuz və Ordubad rayonlarında dairə seçki komissiyaları üçün yeni inzibati binalar tikiləcək

Culfa, Şahbuz və Ordubad rayonlarında dairə seçki komissiyaları üçün yeni inzibati binalar tikiləcək
# 13 avqust 2007 10:06 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının (MR) Culfa, Şahbuz və Ordubad rayonlarında dairə seçki komissiyaları üçün yeni inzibati binalar inşa olunacaq. Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən APA-nın Naxçıvan bürosuna verilən xəbərə görə, bu, bölgədə dairə seçki komissiyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi daşıyır. Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, bu istiqamətdə artıq 3 saylı Babək-Kəngərli seçki dairəsi üçün yeni binanın tikintisinə başlanılıb. Babək qəsəbəsində, Heydər Əliyev prospektində inşa olunan 2 mərtəbədən ibarət binada 11 iş otağı, iclas zalı, müşahidəçilər və deputat köməkçiləri üçün otaqlar tikiləcək, seçki komissiyasının maddi-texniki bazası möhkəmləndiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR