Bank Of Baku

Siyasi Partiyaların Məşvərət Məclisi eyni adda daha bir qurumun yaradılmasını pisləyən bəyanat yayıb

Siyasi Partiyaların Məşvərət Məclisi eyni adda daha bir qurumun yaradılmasını pisləyən bəyanat yayıb
# 13 avqust 2007 10:26 (UTC +04:00)
Siyasi Partiyaların Məşvərət Məclisi eyni adda daha bir qurumun yaradılmasını pisləyən bəyanat yayıb. Siyasi Partiyaların Məşvərət Məclisinin İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya daxil olan bəyanatda bu qurumun 1998-ci ildən fəaliyyət göstərdiyi vurğulanıb: “Bu qurumda 11 siyasi partiya fəaliyyət göstərir və Məşvərət Məclisi adına belə bir iddianın ortaya çıxması təəssüf doğurur. Bu istək yalnız və yalnız hansısa ambisiyaların yerinə yetirilməsinə xidmət edə bilər”.
Qeyd edək ki, bu adda növbəti qurumu müxalifət partiyaları yaratmaq istəyirlər. Mövcud Siyasi Partiyaların Məşvərət Məclisi isə indiyə qədərki fəaliyyətində yalnız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR