Bank Of Baku

İsrail baş nazirinin müavini Bakıya gələcək

İsrail baş nazirinin müavini Bakıya gələcək
# 13 avqust 2007 12:57 (UTC +04:00)
İsrail baş nazirinin müavini, strateji planlaşdırma naziri, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Liberman avqustun 15-də Azərbaycana səfərə gələcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla yaxından tanışlıq və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir. Onunla birlikdə İsrail Knessetinin deputatı, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri İosif Şaqal da Bakıya gələcək. Qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək, Yəhudi Mədəniyyət Mərkəzinin açılışına qatılacaq və Qubanın Qırmızı qəsəbəsindəki yəhudi icması ilə görüşəcəklər. Qonaqların Azərbaycan prezidenti İlham Əliyev, baş nazir və Milli Məclisin sədri ilə görüşləri planlaşdırılır. Bununla yanaşı, İsrail baş nazirinin müavini XÖYAİDK və İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə də görüşlər keçirəcək. Səfər avqustun 18-dək davam edəcək. Qeyd edək ki, bu, A.Libermanın Azərbaycana ilk səfəridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR