Bank Of Baku

Lalə Şövkət: “Rəsul Quliyevin Azərbaycanla bağlı bilgisi olsa da, duyğusu ola bilməz”

Lalə Şövkət: “Rəsul Quliyevin Azərbaycanla bağlı bilgisi olsa da, duyğusu ola bilməz”
# 13 avqust 2007 13:14 (UTC +04:00)
“Rəsul Quliyevin son müsahibəsindəki fikirlərini şərh eləmək istəmirəm. Amma deyə bilərəm ki, Rəsul Quliyevin Azərbaycanla bağlı bilgisi olsa da, duyğusu ola bilməz”. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət APA-ya açıqlamasında R. Quliyevin son müsahibəsində mövqeyini, dünyagörüşünü və səviyyəsini nümayiş etdirdiyini bildirib: “O, bir az uzaqdadır. Bu səbəbdən də reallığı bizim kimi duya bilməz”.
Müsavat Partiyası başqanı İsa Qəmbər isə hər kəsin öz mövqeyini söyləməkdə azad olduğunu deyib: “Azərbaycanda 8,5 milyon adam var və bu insanların hər biri öz fikrini bildirməkdə azaddır. O cümlədən Rəsul Quliyev də”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də R. Quliyevin müsahibəsində müxalifətin mövcud durumu ilə bağlı dediklərinə şərh verməkdən imtina edib: “Rəsul Quliyevin fikirlərini şərh etmək istəmirəm. Hesab edirəm ki, siyasətçilər bir-birilərinin fikirlərini şərh etməməlidirlər”.
Qeyd edək ki, ACP lideri R. Quliyev avqustun 10-da APA-ya verdiyi müsahibəsində mövcud müxalifətin vəziyyətini ciddi tənqid edib, artıq Azərbaycanda müxalifətin olmadığını söyləyib, bu düşərgənin əksər nümayəndələrinin müxalifətçilik imitasiyası ilə məşğul olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR