Bank Of Baku

Sentyabrın 22-də GUAM-a üzv ölkələrdə mitinqlər keçiriləcək

Sentyabrın 22-də GUAM-a üzv ölkələrdə mitinqlər keçiriləcək
# 14 avqust 2007 09:01 (UTC +04:00)
“Xalqın iradəsi naminə GUAM” təşkilatı sentyabrın 22-də GUAM-a üzv ölkələrdə mitinqlər keçirəcək. Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə AYSH sədri İlqar Qasımov ötən gün Moldovanın Kişinyov şəhərində “İnfotaq” informasiya agentliyində keçirdiyi mətbuat konfransında deyib. İ. Qasımov aksiyaların keçirilməsi üzrə təşkilat komitəsinin yaradıldığını, mitinqlərin yalnız Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın paytaxtlarında keçiriləcəyini bildirib. Qeyd edək ki, GUAM-a üzv ölkələrin müxalif partiya və siyasi hərəkatlarının Koordinasiya Şurası 2006-cı il dekabrın 7-də Kiyevdə təsis olunub. Buraya Ukraynanın Sosialist Tərəqqi, Gürcüstanın “Leyborist-Fəhlə”, Moldavanın “Patriya-Vətən” Partiyalar İttifaqı daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR