Bank Of Baku

XIII Türk Dünyası Qurultayı türk xalqlarının ortaq dilə keçməsinin vacibliyi barədə qərar qəbul edib

XIII Türk Dünyası Qurultayı türk xalqlarının ortaq dilə keçməsinin vacibliyi barədə qərar qəbul edib
# 14 avqust 2007 10:35 (UTC +04:00)
Qurultayın işində 36 ölkədən çox sayda qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər. Qurultay Türk Dünyasının ortaq dilə keçməsinin vacibliyi barədə qərar qəbul edib. Bundan başqa Qazaxıstanın və digər regionların ortaq türk əlifbasına keçid yolunda atdıqları addımlar təqdir olunub, Kosovoda türk dilinin yenidən rəsmi dil statusunu qazanması üçün yerli hakimiyyət orqanları və BMT yanında iş aparılmasına qərar verilib. Dil birliyi üçün ilk mərhələdə geniş internet səhifəsinin yaradılması və burada bütün türk xalqalarının mədəniyyətinin tanıdılması və kommunikasiyanın təmin edilməsi planlaşdırılıb. Qurultayın yekun sənədində Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan qınanıb, torpaqların dərhal boşaldılmasına çağırılıb, İraqın türkmənlər yaşayan bölgələrində bu xalqa qarşı tətbiq edilən genosid siyasəti, Yunanıstanın Qərbi Frakiya türk icmasına qarşı bütün təzyiq və antidemokratik hərəkətlərinə etiraz bildirilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR