Bank Of Baku

Azərbaycanın MSK sədri Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycanın MSK sədri Qazaxıstanda parlament seçkilərini izləyəcək
# 14 avqust 2007 11:09 (UTC +04:00)
MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı M. Pənahov Qazaxıstan MSK-nın sədri və digər rəsmi şəxslərlə görüşəcək, avqustun 18-də isə Qazaxıstan parlamentinə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edəcək. Bu gün isə Azərbaycandan 10 nəfər müşahidəçi sözügedən seçkiləri müşahidə etmək üçün Qazaxıstana yola düşüb. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qısamüddətli müşahidəçi missiyasının tərkibində fəaliyyət göstərəcəklər. M. Pənahovun səfəri avqustun 22-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR