Bank Of Baku

Yana Amelina Rusiyanın Azərbaycandakı səfirliyində akkreditasiyadan keçməyib

Yana Amelina Rusiyanın Azərbaycandakı səfirliyində akkreditasiyadan keçməyib
# 15 avqust 2007 09:50 (UTC +04:00)
Rusiyanın “RBK” agentliyinin xüsusi müxbiri Yana Amelina Rusiyanın Azərbaycandakı səfirliyində akkreditə olunmayıb. Bu barədə APA-ya səfirliyin mətbuat katibi Stepan Rıbalka məlumat verib. Bununla yanaşı, diplomat bildirib ki, jurnalist Azərbaycandan gedərkən səfirliyin konsul şöbəsinin əməkdaşı onu müşayiət edib: “O, könüllü şəkildə Azərbaycandan gedib”.
Qeyd edək ki, Y. Amelina avqustun 7-də Bakıya Tiflisdən gəlib. Paytaxtda bir neçə gün qalan jurnalist Lənkərana yollanıb. O, Lerik yolunda polis əməkdaşları tərəfindən saxlanaraq Bakıya göndərilib, daha sonra deportasiya olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR