Bank Of Baku

Azərbaycanlı Tələbələrin Avropa Forumu Avropa Parlamentində qeydiyyata alınıb

Azərbaycanlı Tələbələrin Avropa Forumu Avropa Parlamentində qeydiyyata alınıb
# 15 avqust 2007 12:40 (UTC +04:00)
Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF) Avropa Parlamentində rəsmi lobbi təşkilatı kimi qeydiyyata alınıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bununla da ATAF Avropa Parlamentinin bütün sessiyalarında, toplantılarında iştirak etmək hüququ qazanıb. Qurum Avropa Komissiyasının sentyabrın 3-də təşkil edəcəyi konfransa da dəvət olunub.
Qeyd edək ki, ATAF Avropa Parlamentində akkreditasiya olunan ilk Аzərbaycan lobbi təşkilatıdır. Mərkəzi Brüsseldə yerləşən ATAF-ın baş katibi Vüsal Məmmədov akkreditasiyanın bir illik olduğunu və ildə bir dəfə akkreditasiyanı yeniləyəcəklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR