Bank Of Baku

AMİP 1988-ci ildə Ermənistandan qaçqın düşən azərbaycanlıların kommunal borclarının ləğvi təklifi ilə prezidentə və Milli Məclisə müraciət edib

AMİP 1988-ci ildə Ermənistandan qaçqın düşən azərbaycanlıların kommunal borclarının ləğvi təklifi ilə prezidentə və Milli Məclisə müraciət edib
# 15 avqust 2007 12:43 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 1988-ci ildə Ermənistandan qaçqın düşən azərbaycanlıların kommunal borclarının ləğv edilməsi təklifi ilə ölkə başçısına və Milli Məclisə müraciət edib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə 1988-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların hələ də tam reabilitasiya olunmadığı bildirilib: “Beynəlxalq konvensiyalarda qaçqınlara humanitar və digər yardımlar edilməsi öz əksini tapsa da, Ermənistandan qaçqın düşən soydaşlarımıza yardım göstərilmir. Eyni zamanda onlara göstərilən ögey və ədalətsiz münasibət, fərqli yanaşma hallarının yaranması da narahatlıq doğurur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR