Bank Of Baku

Azərbaycan, ABŞ və Rusiya nümayəndələrinin Qəbələyə birgə səfərinin mümkünlüyü müzakirə olunur

Azərbaycan, ABŞ və Rusiya nümayəndələrinin Qəbələyə birgə səfərinin mümkünlüyü müzakirə olunur
# 16 avqust 2007 09:16 (UTC +04:00)
“Azərbaycan, ABŞ və Rusiya nümayəndələrinin Qəbələ RLS-ə birgə səfəri ilə bağlı müzakirə aparılır. Ancaq hələlik səfərin tarixi və nümayəndə heyətinin tərkibi müəyyənləşdirilməyib”. Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik deyib. O bildirib ki, mütəxəssislərin səfəri reallaşsa belə, bu, RLS-dən birgə istifadə barədə qərar qəbul olunması mənasını daşımayacaq. Diplomat bu barədə qərar verilməsinin bir neçə ay çəkəcəyini deyib. C. Henikin sözlərinə görə, nümayəndə heyətinə ABŞ tərəfdən Dövlət Departamentinin əməkdaşları, raketdən müdafiə üzrə ekspertlər və səfirliyin təmsilçiləri daxil olacaq.
Rusiya XİN-dən isə bildiriblər ki, məsələ hələ müzakirə olunur və Qəbələyə birgə səfərin baş tutub-tutmayacağı bəlli deyil. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov üç ölkə nümayəndələrinin Qəbələyə birgə səfərinin mümkünlüyünü bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR