Bank Of Baku

Daniel Sallivan: “ABŞ Azərbaycanla demokratik islahatlar, təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi islahatlar sahəsində sıx əməkdaşlıq edir”

Daniel Sallivan: “ABŞ Azərbaycanla demokratik islahatlar, təhlükəsizlik, enerji əməkdaşlığı və  iqtisadi islahatlar sahəsində sıx əməkdaşlıq edir”
# 16 avqust 2007 18:06 (UTC +04:00)
Azərbaycan qlobal enerji təhlükəsizliyindəki aparıcı rolu olan regional təklükəsizlik məsələlərində əməkdaşımız kimi görüdüyümüz Avropa və Asya arasında təbii qapıdır. Bu faktorlar Azərbaycanla ABŞ arasında işbirliyi və strateji əməkdaşlığın daha da güclənməsinə təkan verir”. APA-nın xəbərinə görə, bunları bu gün Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin iqtisadi məsələlərə üzrə müşaviri Daniel Sallivan ABŞ-Azərbaycan Mərkəzində media və tələbələrlə görüşündə deyib. Onun sözlərinə görə, son illərdə ABŞ ölkəmizlə üç istiqamət üzrə dərinləşdirib: demokratik islahatlar, təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi islahatlar. D. Sallivan bildirib ki, Xəzərin enerjisinin inkişafı üçün növbəti mərhələnin başlanmasının vaxtı çatıb: “ Azərbaycanın ofşor sektorunda neft və qaz istehsalını, Gürcüstan və Türkiyə vasitəsilə təbii qaz ixracını davam etdirmək, bu qazı Yunanıstan, İtaliya kimi Avropa ölkələrinə çatdırıb, bu bazara çıxmaq mümkündür. Perspektivdə Azərbaycanla yanaşı Orta Asiya qazının da Avropa bazarlarına çıxması mümkündür. Bizim iqtisadi əməkdaşlığımız təkcə enerji sektoru ilə məhdudlaşmır. Biz həmçinin birgə iqtisadi əməkdaşlıq komissiyası vasitəsilə Azərbaycanda iqtisadi inkişafa dəstək vermək niyyətindəyik. İki dövlət arasında iqtisadi və ticarət dövriyyəsini artırmaq üçün ABŞ şirkətlərinin burada iş imkanlarını da araşdırırıq”.
O, Azərbaycan hökumətini korrupsiya əleyhinə mübarizədə səylərini artırmağa çağırıb: “Yüksək hökumək nümayəndələri ilə görüşlərdə mənə aydın oldu ki, bu mübarizə aparılır. Daha da güclü iş getməsi üçün sədaqət var”.
D. Sallivan eyni zamanda ABŞ-la İranın münasibətləri ilə bağlı sualı da cavablandırıb. O, “ABŞ-İran qarşıdurması” termini ilə razılaşmayıb və İranın nüvə siyasətinin bütün dünyaya təhlükə olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR