Bank Of Baku

QAT Ermənistan nümayəndələrinin Bakıya gəlişini yolverilməz sayır

QAT Ermənistan nümayəndələrinin Bakıya gəlişini yolverilməz sayır
# 17 avqust 2007 10:48 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) 5-6 sentyabr tarixlərində Bakıda keçiriləcək MDB Daxili İşlər Nazirləri Şurasının toplantısına Ermənistan nümayəndəsinin qatılacağı, sentyabrın 15-17-də isə erməni güləşçilərin dünya çempionatında iştirak etmək üçün Azərbaycana gələcəyi barədə yayılan xəbərlərlə bağlı bəyanat verib. QAT-dan APA-ya verilən xəbərə görə, işğalçı dövlətin nümayəndələrinin hər hansı ad altında Bakıya səfəri yolverilməzdir: “Bu səfərlərə razılıq verilməsinə heç nə ilə bəraət qazandırmaq olmaz”. Bəyanatda bildirilir ki, QAT bütün vasitərlədən istifadə edərək erməni nümayəndələrinin Bakıya səfərlərinə və hər hansı tədbirdə iştirakına yol verməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR