Bank Of Baku

Amerika Türkiyə Assambleyaları Assosiasiyasının prezidenti: “Konqresin uydurma “erməni soyqırımı” barədə qanun qəbul etməsi türklərə təhqir olar”

Amerika Türkiyə Assambleyaları Assosiasiyasının prezidenti: “Konqresin uydurma “erməni soyqırımı” barədə qanun qəbul etməsi türklərə təhqir olar”
# 17 avqust 2007 11:55 (UTC +04:00)
Bu sözləri APA-nın ABŞ bürosuna açıqlamasında ölkədəki 62 türk təşkilatını öz ərtafında birləşdirən Amerika Türkiyə Assambleyaları Assosiasiyasının prezidenti Nurten Ural deyib. O bildirib ki, indiki vəziyyətdə türk diasporasının görə biləcəyi ən yaxşı iş ermənilərin təcrübəsindən istifadə etməkdir: “Məsələn, sıravi amerikalıların məlumatlandırılması, bölgənin tarixi, mədəniyyəti barədə layihələrimiz erməni yalanını ifşa etməyə yardım edir. Eyni zamanda bu layihələr qərar qəbul edən mərkəzlərə də təsir göstərir. Uydurma soyqırım layihəsinə dəstək verən 7 konqresmen artıq öz imzasını geri götürüb. Lakin görüləsı işlər hələ çoxdur”. N. Ural hesab edir ki, məsələnin tam aydın formada Konqresə çatdırılması və ya nüfuzlu beynəlxalq qurum tərəfindən araşdırılması lazım olacaq: “Əgər bu da kömək etməsə, Hollandiyada yerləşən Beynəlxalq Tribunala müraciət etmək lazım gələcək. Konqresmenlərin məsələ ilə bağlı maarifləndirilməsi siyasi müstəvidən kənarda olmalıdır”. Konqres uydurma “erməni soyqırımı” ilə bağlı qanun qəbul edəcəyi təqdirdə prezidentin buna veto qoymasının mümkünlüyü barədə sualı cavablandıran N. Ural bildirib ki, Konqresin “soyqırım” layihəsini qəbul etməsi türklər üçün təhqir olar: “Türkiyədə anti-Amerika hisslərinin artmasını istəyən qruplar bu fürsətdən istifadə edərək nifrət və ölkə daxilində qeyri-stabillik yaratmağa cəhd edəcəklər. Belə vəziyyətdə Ankara yaranmış vəziyyətə adekvat cavab verməyə məcbur olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR