Bank Of Baku

ALDP sədri Valeh İbadovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi motivlə həbs olunduğunu bildirir

ALDP sədri Valeh İbadovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi motivlə həbs olunduğunu bildirir
# 17 avqust 2007 13:10 (UTC +04:00)
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Valeh İbadovun Hüquqlarını Müdafiə Komitəsinin üzvləri mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komitənin sədri Həsən Həsənov bildirib ki, 1998-99-cu illərdə Biləsuvarda kiçik təsərrüfatı olan V. İbadov dövlətdən götürdüyü 3000 ABŞ dolları məbləğində krediti ödəməməkdə ittiham olunur. Rayon məhkəməsi 6 avqust qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Aradan 10 ilə yaxın müddət keçdikdən sonra bu faktın yada düşərək ALDP sədrinə qarşı ittiham irəli sürülməsini siyasi qərar adlandıran H. Həsənovun fikrincə, V. İbadovun həbsinə səbəb onun Azərbaycan Yolu Siyasi Hərəkatını 12 may mitinqində radikal çıxışıdır. O, məsələ ilə bağlı ABŞ səfirliyinə müraciət etdiklərini deyib.
Qeyd edək ki, avqustun 6-da Biləsuvarda həbs olunan V. İbadov bir neçə gün öncə Bayıl həbsxanasına köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR